• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkə giriş üçün məcburi COVID-19 testini ləğv edir

DÜNYA

31 Avqust 2022 | 04:00 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkə giriş üçün məcburi COVID-19 testini ləğv edir

Sentyabr ayından Yaponiya hakimiyyəti üç peyvənd almış insanlar üçün ölkəyə daxil olarkən COVID-19 üçün məcburi testi ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barıədə baş nazir Fumio Kişida bildirib.

Kişidanın sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması sentyabrın 7-dən qüvvəyə minəcək. O, əlavə edib ki, səlahiyyətlilər də tezliklə icazə verilən gündəlik giriş səviyyəsini 20 mindən yuxarı qaldırmaq barədə qərar verəcəklər. Bu həftənin əvvəlində Yaponiya mediası hökumətin hər gün 50,000 sərnişinin ölkəyə daxil olmasına icazə verməyi planlaşdırdığını bildirib.

Bloomberg qeyd edir ki, Yaponiyanın baş naziri bu açıqlamanı bir neçə gün əvvəl koronavirus infeksiyasına görə təcrid olunduğu iqamətgahından videobağlantı vasitəsilə verib.

Qeyd edək ki, iyun ayında Yaponiya hakimiyyəti xarici turistlərə mütəşəkkil turist qrupları şəklində ölkəyə gəlməyə icazə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026