• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkə vətəndaşlarını Nigerdən çıxardı

DÜNYA

20 Avqust 2023 | 14:16 | Müəllif: Subhan Mahmudov

Bu ölkə vətəndaşlarını Nigerdən çıxardı

Belçika 130 vətəndaşını hərbi təyyarə ilə Nigerdən təxliyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aja Labib X sosial şəbəkəsində məlumat verib.

“Son bir neçə gün ərzində 130 belçikalı, Aİ vətəndaşları və digər şəxslər Nigerdən çıxarılıb. Mən Müdafiə Nazirliyinə, eləcə də Miqrasiya və Sığınacaq departamentlərinə təşəkkür etmək istəyirəm”, - Labib yazıb.

Təxliyə olunanlar Belçikaya məxsus “Airbus A400M” hərbi təyyarəsi ilə ölkədən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026