Uqanda rəhbərliyi "Moderna"nın 400 000 doza koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv etmək məcburiyyətindədir.
Bakıvaxtı.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Ceyn Asenq məlumat verib.
"Moderna peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir" deyə "Niall Post News" xəbər portalı nazirdən sitat gətirib. Qeyd olunub ki, lakin 30 gün ərzində cəmi 100 min doza istifadə edilib, qalanları isə ərimiş vəziyyətdə olma müddətini keçdiyinə görə itirilib.
Məlumata görə, Uqanda bu günə qədər 34 milyon dozadan çox COVID-19 peyvəndi alıb, onlardan 12,2 milyonu istifadə edilib.
Ramid İbrahimov












jpg-1644760597.webp)



