Paris enerjiyə qənaət rejiminə keçib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir kİ. bunu Fransanın baş naziri Elizabet Borne deyib.
Baş nazir ölkənin enerjiyə qənaət planını izah edib. Bildirilib ki, bu plan enerji istehlakını 10 faiz azaltmağı, Ukrayna-Rusiya müharibəsi kontekstində enerji təchizatını təmin etməyi və 2050-ci ilə qədər qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyi hədəfləyir.
Borne Rusiya-Ukrayna müharibəsi və enerji böhranına toxunaraq, Rusiyanın öz qazından “şantaj materialı” kimi istifadə etməyi seçdiyini bildirib.
Nuranə Daxilqızı
















