• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bunun sayəsində Ərdoğan Türkiyəni GÜCLƏNDİRİR

DÜNYA

06 Noyabr 2022 | 11:00 | Müəllif: Subhan Mahmudov

Bunun sayəsində Ərdoğan Türkiyəni GÜCLƏNDİRİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə açıq ünsiyyət xəttini saxlayır. Bu əlaqələr Ukrayna taxıl axınının saxlanmasına kömək etdi. Bu səbəbdən o öz təsirini gücləndirməyi və Türkiyənin imkanlarını genişləndirməyi bacarır.

Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit" jurnalı məlumat yayıb.

"Son aylarda Türkiyənin ən məşhur silah istehsalçısı "Baykar" PUA istehsalı üçün gücünü ikiqat artıracaq yeni fabrikin tikintisinə başlayıb. Ötən ay Türkiyə Ukraynanın müdafiə naziri Aleksey Reznikovun da iştirak etdiyi mərasimdə Ukrayna Hərbi Dəniz Qüvvələrinə yeni korvet təhvil verib.

Türkiyə Ukrayna Prezidenti Vladimir Zelenskinin geyindiyi qoruyucunu, həmçinin Ukrayna qüvvələri üçün gülləkeçirməz gödəkçə və hərbi texnikanı tədarük edib.

Bununla bərabər, Putin Ukraynanın Qara dənizdən keçən taxıl ixracını blok edəcəyi ilə hədələdikdə, Ərdoğan həyati əhəmiyyət daşıyan tədarükləri saxlamaq və qlobal ərzaq qiymətlərinin artmasının qarşısını almaq üçün addım atdı və buna nail oldu", - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026