Tokioda yeraltı su qurğusunda partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə tikinti işləri aparılan zaman baş verib. Partlayış nəticəsində 1 nəfər ağır xəsarət alıb və xəstəxanada ölüb.
Hadisə yerli vaxtla səhər saat 11 radələrində (Bakı vaxtı ilə 07:00) baş verib.
Hazırda bir nəfərin yerin altında qaldığı bildirilir. Tokio Xilasetmə Briqadaları həmin şəxsin axtarışlarını davm etdirir.
Səbuhi Elnur
















