• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fransa səfirinə İrandan etiraz notası

DÜNYA

04 Yanvar 2023 | 23:23 | Müəllif: Subhan Mahmudov

Fransa səfirinə İrandan etiraz notası

Bu gün İran Xarici İşlər Nazirliyi Fransa səfiri Nikolas Roşu XİN-ə çağırıb və ona qalmaqallı satirik "Şarl Hebdo" jurnalında İran hakimiyyətinin karikaturalarının dərc edilməsinə etiraz notası təqdim edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. 

"İran İslam Respublikası özünün islami, dini və milli ziyarətgah və dəyərlərinə təhqiri qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə digər müsəlman ölkə və xalqların ziyarətgahlarını təhqir etməyə bəraət qazandırmağa haqqı yoxdur" ,- o bildirib.

Fransa səfirinə etiraz notasının veriləcəyi qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026