• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fransada baş nazirin iqamətgahına hücum edildi

DÜNYA

05 Yanvar 2023 | 00:17 | Müəllif: Subhan Mahmudov

Fransada baş nazirin iqamətgahına hücum edildi

İki nəfər ekofəal Fransa Baş nazirinin Parisdəki iqamətgahının fasadına narıncı boya tökdüyü üçün saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Franceinfo" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

"İki ekoaktiv Fransa Baş nazirinin Parisdəki Matinyon sarayında yerləşən iqamətgahının fasadına boya səpib. 22 yaşlı kişi və 20 yaşlı qadın ictimai əmlaka ziyan vurduqları və hökumətə rəhbərlik edən şəxsə hörmətsizlik etdikləri üçün nəzarətə götürülüblər", - məlumatda deyilir.

Bildirilir ki, fəallar öz hərəkətləri ilə Fransa hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər tədbirlər görməməsindən narazılıqlarını bildirmək istəyiblər.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026