• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Strep A" xəbərdarlığı: Ölənlərin sayı 8-ə çatıb

DÜNYA

06 Dekabr 2022 | 10:43

"Strep A" xəbərdarlığı: Ölənlərin sayı 8-ə çatıb

İngiltərədə Strep A infeksiyasına yoluxma halları artıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sentyabr ayından bəri ölkədə 7 uşağın Strep A infeksiyasından öldüyünü açıqlayıb. ibtidai sinif şagirdi xəstəliyə düçar olub öldükdən sonra ölənlərin sayı 8-ə çatıb.

Səhiyyə rəsmiləri ailələrə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib və həkimlərə ən kiçik bir simptpmda antibiotik müalicəsinə başlamaq tapşırılıb.

Bu uşaqlardan altısının yaşı 10-dan aşağı, birinin isə 12 yaşı var.

İndiyədək ölüm hadisələrinin yeddisi İngiltərədə, biri isə Uelsdə baş verib. Şotlandiyada bu günə qədər Strep A-dan səkkiz ağır yoluxma baş verib, lakin bununla bağlı ölüm olmayıb.

Böyük Britaniyada 2017-18-ci illərdə 10 yaşından kiçik dörd uşaq Strep A infeksiyasından ölüb. Koronavirusla bağlı məhdudiyyətlər götürüldükdən sonra da yoluxmaların sayında nəzərəçarpacaq artım müşahidə olunub.

London İmperial Kollecindən Elizabeth Whittaker pandemiyanın ilk iki ilində çox az qrupda A Strep görünüb. Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması ilə bakteriyalar 2022-ci ildə yenidən dövr etməyə başlayıb.

Səhiyyə rəsmiləri ailələrin infeksiyaya qarşı diqqətli olmaları lazım olduğunu bildirib.

Yeni qərara görə, uşaqlarda Strep A infeksiyasına ən kiçik bir şübhə olduqda belə antibiotiklərə başlanılacaq.

Strep A tibbdə "qrup A streptokok" olaraq da bilinir, boğaz ağrısı və tonzillit kimi infeksiyalara səbəb olan bir bakteriyadır.

Bir çox insan fərqinə varmadan bakteriyaları zərərsiz şəkildə daşıya bilər. Ancaq bu, onun xəstə ola biləcək digər insanlara yoluxmasına mane olmur.

STREP A bəzi insanlarda heç bir əlamət yaratmasa da, daha çox səpgi, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi əlamətlərlə özünü göstərir. Mütəxəssislər bu simptomların orta hesabla bir həftə davam etdiyini bildirirlər.

İnsanlar bu bakteriyaya yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər. Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün öskürən və asqıran zaman əlləri tez-tez yumağı, ağızı salfetlə örtməyi tövsiyə edir. Məktəblərdə yayılmanın qarşısını almaq üçün uşaqların paltarları və oyuncaqları yuyulmalı, ümumi əşyalardan istifadənin qarşısı alınmalıdır. Hal-hazırda xəstəliyə qarşı peyvənd olmasa da, infeksiyanı antibiotiklərlə müalicə etmək olar.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026