• Bakı 10° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Koronavirusun yeni ştamı sürətlə yayılır

DÜNYA

05 Yanvar 2023 | 09:50

Koronavirusun yeni ştamı sürətlə yayılır

Koronavirusun Omicron XBB.1.5 ştamı yayılmaqda davam edir.

Bakıvaxtı.az “Politico”ya istinadən xəbər verir ki, ştam artıq 29 ölkədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib: “Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-nin şimal-şərqində. Orada yeni ştam mövcud olan altvariantları tez bir zamanda əvəzləyib”.

Omicron XBB.1.5 ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil.

Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR