ABŞ-ın Yuta ştatının cənub-qərbindəki fərdi yaşayış evlərinin birindən 8 meyit tapılıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə NBC kanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Meyitlərdən 5-i uşaqlara, 3-ü isə böyüklərə məxsusdur. İlkin ehtimala görə, onlar atışma nəticəsində öldürülüb.
Hazırda araşdırma aparılır.
















