Ukraynanın azad edilməsi uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı qəhrəman həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən məlumat yayıb.
Onun sözlərinə görə, Ziya Nadirovun həlak olması barədə anası Gülnarə Əlibekova sosial şəbəkədə paylaşım edib.
"Bu, mənim oğlum Ziya Nadirovdur. İki gün əvvəl Ukrayna torpaqlarını rus faşistlərindən müdafiə edərkən öldürülüb. İki oğlu qalıb", - ana yazıb.
Aytac Aslan
















