• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bu ölkədə hər gün 3 saat işıq olmayacaq

DÜNYA

08 Oktyabr 2022 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə hər gün 3 saat işıq olmayacaq

Əgər bu qış Avropadan elektrik enerjisi idxal oluna bilməsə və qaz idxalının azalması səbəbindən kifayət qədər elektrik enerjisi istehsal olunnasa, İngiltərədə evlərdə və iş yerlərində hər gün elektrik enerjisi 3 saat kəsiləcək.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə, Uels və Şotlandiyada elektrik enerjisinin paylanması və ötürülməsindən məsul olan Milli Şəbəkə tərəfindən hazırlanan "Qış Görünüşü" adlı hesabatda 31 oktyabr 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında elektrik enerjisi istehsalı və təchizatında qarşılaşa biləcək ssenarilər müzakirə edilib. Hesabatda, Rusiyanın Ukraynada başlatdığı müharibədən sonrakı enerji bazarlarında görünməmiş qarışıqlıq və qeyri-sabitlik yaşandığı, enerji təchizatının saxlanılması üçün görülən tədbirlər səbəbindən qış dövründə qaz və elektrik enerjisinin qiymətlərinin çox yüksək qala biləcəyi bildirilib.

İngiltərə və Uelsdə şirkət iflasları 2022-ci ilin ikinci rübündə 2009-cu ilin iyul-sentyabr aylarından bəri ən yüksək səviyyəyə yüksəlib. Sürətlə artan enerji xərcləri hər 5 şirkətdən birinin ən vacib narahatlığına çevrilib və bu, iflasların artmasına səbəb olub. 

Məlumatlara görə, iinci rübdə 5629 şirkət müflis olub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026