• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkədə təhsil alan azərbaycanlılarla bağlı AÇIQLAMA 

CƏMİYYƏT

26 Iyul 2022 | 16:33

Bu ölkədə təhsil alan azərbaycanlılarla bağlı AÇIQLAMA

Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli "Tələbələrin köçürülməsi" mövzusunda çıxışı zamanı məlumat verib. 

O bildirib ki, bu barədə bir çox hallarda problemlər sənədlərin təqdim edilməsi halları ilə bağlı yaranır.

"Tələbələrin bir çoxu qeyd edir ki, mövcud vəziyyətlə əlaqədar onlar sənədləri əldə etməkdə çətinlik çəkirlər. Ya universitet təqdim edə bilmir, ya da tələbələr gedib götürə bilmirlər. Bizim mövqeyimiz ondan ibarətdir ki, tələbələr son sənəd gününə, son ekspertiza gününə qədər sənədləri əldə etməyə çalışsınlar. Çünki köçürülmənin əsas predmetlərindən biri akademik arayış, akademik transkriptdir. Bunlar olmadıqda, biz tələbənin hansı kursda oxumağı, təlim nəticələri barədə heç bir məlumat əldə edə bilmirik. Hər bir halda həmin tələbələr şəxsi kabinet yaradıb, əllərində olan bütün sənədləri sistemə yükləsinlər. Təxminən avqustun ortalarına qədər bu sənədləri almağa çalışsınlar. Əgər akademik transkriptin bugünkü tarixə olan versiyasını ala bilmirlərsə, ən azından mart-aprel ayına qədər olan versiyasını təqdim etmələri yaxşı olardı. Belə olan halda bizim qərarvermə prosesinə təsir edə bilərlər. Lakin ümumilikdə xaricdən köçürülmədə tələbənin gediş-gəlişi, akademik transkript, təhsil haqqı borcunun olub-olmaması, universitetin beynəlxalq reytinqi, beynəlxalq səviyyəli imtahan nəticələri nəzərə alınır. Hansısa bir sənəd yoxdursa, bu, tələbənin köçürülməyəcəyi anlamına gəlmir. Təhsil Nazirliyində qiymətləndirmə ilə bağlı ekspertlər çalışır və bütün amillər nəzərə alınır". (APA)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026