• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkənin nümayəndə heyəti Tayvana getdi

DÜNYA

07 Avqust 2022 | 11:52

Bu ölkənin nümayəndə heyəti Tayvana getdi

Litvanın nəqliyyat və rabitə nazirinin müavini Aqne Vaycyukevichyutenin başçılıq etdiyi nümayəndə heyəti Tayvana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Litva nümayəndələrinin Xarici İşlər Nazirliyinə səfərinin məqsədi “mütərəqqi sektorlarda strateji əməkdaşlığın və işgüzar əlaqələrin gücləndirilməsi” olub.

Daha əvvəl Adanın Mərkəzi Xəbər Agentliyi (CNA) məlumat vermişdi ki, səfər zamanı Litva rəsmiləri Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşəcək və elektrobusların istehsalına baş çəkəcəklər.

Qeyd edək ki, ötən il Vilnüsdə Tayvanın rəsmi nümayəndəliyi açılıb. Çin Xarici İşlər Nazirliyi Litvaya etiraz edib. Bundan sonra Çin birtərəfli qaydada Litva ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026