• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Conson Britaniyanın baş naziri kimi sonuncu dəfə Zelenski ilə danışıb

DÜNYA

06 Sentyabr 2022 | 00:56 | Müəllif: Subhan Mahmudov

Conson Britaniyanın baş naziri kimi sonuncu dəfə Zelenski ilə danışıb

Britaniyanın baş naziri vəzifəsini tərk edən Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu danışıqlar britaniyalı siyasətçinin krallığın Nazirlər Kabinetinin rəhbəri kimi Ukrayna lideri ilə sonuncu təması olub.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Zelenski Consona Ukraynadakı mövcud vəziyyət barədə danışıb. Danışıqlar çərçivəsində siyasətçilər bir-biri ilə artıq dost kimi əlaqə saxlamağa razılaşıblar.

Qeyd edək ki, sentyabrın 5-də hakim Mühafizəkarlar Partiyası yeni liderinin daxili seçkilərini yekunlaşdırıb. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss səs çoxluğu ilə qalib gəlib. Gözlənildiyi kimi, sentyabrın 6-da o, krallığın baş naziri postunu tutacaq və bununla da bir sıra qalmaqallar fonunda istefa vermiş Consonu əvəz edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026