• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu Qareginlə görüşə imkan vermir - Paşazadə

CƏMİYYƏT

27 Sentyabr 2023 | 17:55

Bu Qareginlə görüşə imkan vermir - Paşazadə

"Biz Ermənistanın dini lideri 2-ci Qaraginlə həmişə Patriarx Kiril cənabları vasitəsilə ikitərəfli görüş keçirmişik. Bu gün onun apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən hələlik onunla görüş mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan yaratmır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

"Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik. Allah şəhidlərimizə rəhmət eləsin. Müstəqilliyimiz və suverenliyimiz üçün həyatını qurban verənlərə Allahdan rəhmət diləyirəm. Bu yolda yaralı olanlar var, Allah onlara da tezliklə şəfa versin", - deyə QMİ sədri qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026