Bu qış havanın orta temperaturunun 1 və ya 2 dərəcə yüksək olacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ETSN-in Beynəlxalq Əməkdaşlıq şöbəsinin İqlim Dəyişmələri sektorunun müdiri Yaşar Kərimov “Ekspert saatı”nda deyib.
"Fəsillik proqnooz Ümumdünya Meterologiya Təşkilatı hazırlayır. Builki verilən proqnoza əsasən, 2024-cü ilin Azərbaycanda qış fəslində havanı orta temperaturunun 1 və ya 2 dərəcə yüksək olacağı gözlənilir. Nəzərə alsaq ki, qlobal istilər ölkəmizdən də yan keçmir. Qışda havanın mülayim keçməsinə təsir göstərir. Hidrometeroloji müşahidə sistemindən aldığımız məlumatların təhlili göstərir ki, havanın temperaturu iqlim normasından yüksək olan illərinin sayı üstünlük təşkil edir".
Onun sözlərinə görə, yanvar və fevral ayları ən soyuq hava temperaturu müşahidə edilir:
"Qış fəsli ərzində ölkədə sinoptik hava şəraiti soyuq hava kütlələrinin ölkəyə daxil olması ilə xarakterizə edilir. Qışda aşağı temperaturla yanaşı, siklonu soyuq hava bölməsi üçün şimal - qərb küləklərinin xarakaterik olduğunu demək olar. Qışda respublikada yağıntının miqdarının normadan çox olacağı gözlənilir. Qarşıdakı qış aylarında soyuq hava şəraitinin gözlənildiyi proqnozlaşdırılır".
















