• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu rayonlar QAZSIZ QALACAQ

CƏMİYYƏT

08 Iyun 2022 | 18:01

Bu rayonlar QAZSIZ QALACAQ

Sabah Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, iyunun 9-da, saat 09:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026