• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu rayonlarda inklüziv siniflər təşkil ediləcək

CƏMİYYƏT

28 Iyul 2022 | 13:32 | Müəllif: Qalib İbrahimoğlu

Bu rayonlarda inklüziv siniflər təşkil ediləcək

Azərbaycanda 10 məktəbdə inklüziv siniflər təşkil ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

“İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026