• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu şəxslərin dərman problemi həll olundu

CƏMİYYƏT

13 Oktyabr 2022 | 15:16

Bu şəxslərin dərman problemi həll olundu

Ölkədə kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman təminatında hazırda problemlərin olması barədə məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən  bildirilib ki, nazirlik bununla bağlı dövlət başçısına müraciət edib və Prezidentin müvafiq göstərişinə əsasən, problemin aradan qaldırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

“Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təchizatının təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin 19 noyabr 2021-ci il tarixli 97 nömrəli əmrinə əsasən nazirliyin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən müvafiq tələbata uyğun olaraq xəstələr üçün lazımi dərman preparatları tender vasitəsi ilə alınıb və Elmi Tədqiqat Pediatriya İnstitutunun nəzdnində olan 6 nömrəli Uşaq Klinik Xəstəxanasına təhvil verilib. Hazırda problem həllini tapıb və dərmanlar kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara paylanılır”.

Qeyd edilib ki, kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman preparatları ilə təminatına dövlət tərəfindən verilməsi ilə bağlı “Kistoz-fibroz xəstələrinə yardım” İctimai Birliyi Səhiyyə Nazirliyinə məktub ünvanlayıb və məsələ həllini tapıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026