• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bu xəstəlik daha çox gənclərdə rast gəlinir

CƏMİYYƏT

05 Avqust 2022 | 07:49 | Müəllif: Qalib İbrahimoğlu

Bu xəstəlik daha çox gənclərdə rast gəlinir

Şmorl yırtıqları - fəqərə cisimlərinin yırtıqları - daha çox gənc yaşlarda rast gəlinir. Bu yırtıqların tək-tək rast gəlinən formaları osteoxondrozun və ya travmanın olmasından xəbər verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib.

Onun sözlərinə görə, çox hallarda şmorl yırtıqları simptomsuz olur və rentgenoloji  müayinələr zamanı təsadüfən aşkar edilir. "Şmorl yırtığı (Şmorl düyünü) rentgenoloji  termin olub, fəqərəarası diskin daha çox məşhur olan onurğa beyin kanalına və ya sinir dəliklərinə nüfuz edən üfüqi  yırtıqlarından fərqli olaraq, qapayıcı  lövhəciyin qığırdaq toxumasının sümüyün süngər maddəsinə, yuxarı  və ya  aşağı  fəqərə cisminin daxilinə nüfuz etməsidir":

Həkim bildirib ki, ən çox irsi xarakter daşıyır və ya uşağın sürətli  böyüməsi zamanı  uşaqlıq dövründə təzahür edir: "Uşağın boyu artdıqca, yumşaq toxumalar da böyüməyə imkan tapır, lakin sümük toxumasının inkişafı  bir qədər geri qalır. Nəticədə, fəqərə cisminin süngər maddəsində boşluqlar yaranır ki, vaxt keçdikcə buraya qığırdaq toxuması daxil olur. Şmorl yırtıqları  daha çox fəqərə sütununun döş və bel şöbələrində (kürəyin  orta və ya aşağı  hissəsində) rast gəlinir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR