• Bakı 16° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Maska tələbi ilə bağlı nazirlikdən AÇIQLAMA: Bu yerlərdə...

CƏMİYYƏT

05 Avqust 2022 | 12:50

Maska tələbi ilə bağlı nazirlikdən AÇIQLAMA: Bu yerlərdə...

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım əsasən Avropa və Amerikanın bəzi ölkələrində “Omikron” ştamının mutasiya olunan yeni növləri hesabına baş verib”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

İnfeksionist qeyd edib ki, virusun təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri qeyri-müəyyən olaraq qalmaqdadır. Hesab olunur ki, bu ştamlar digər koronavirus ştamlarından, məsələn, delta ştamından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər.

T.Eyvazovun sözlərinə görə, virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.

“Virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır” deyən T.Eyvazovun sözlərinə görə, ilk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.

Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. “Bir müddət gündəlik yoluxmada ikirəqəmli göstəricilər insanlarda bir arxayınlıq formalaşdırdı, sanki hər şey geridə qaldı.

Epidemiyanın alovlanma dövrlərində bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq”, - deyə Təyyar Eyvazov əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR