• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR

CƏMİYYƏT

07 Oktyabr 2026 | 11:47 | Müəllif: Əli Hüseynov

Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.

    Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.

    AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026