• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bu yollarda sıxlıq var - SİYAHI

CƏMİYYƏT

30 Iyun 2021 | 09:11

Bu yollarda sıxlıq var - SİYAHI

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt daxilində sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Heydər Əliyev prospekti – Köməkçi yol - (Koroğlu metro stansiyasının qarşısından, Şəhər mərkəzi istiqamətində), Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti) və Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Qələbə dairəsi istiqamətində) sıxlıq müşahidə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR