• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bülent Ersoy məhkəməyə verildi

MƏDƏNİYYƏT-ŞOU

01 Iyun 2023 | 11:04

Bülent Ersoy məhkəməyə verildi

Məşhur türk müğənni Bülənt Ersoya və meneceri Haluk Şentürkə təzminat davası açılıb.

Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin orkestrındə fəaliyyət göstərən, gərgin dönəmdə maddi itkilər yaşadığını deyən nağaraçı Ahmet İzgi həm mənəvi, həm də maddi olmaqla ümumilikdə, 101 min TL istəyib.

Məlumatda bildirilir ki, pandemiya dönəmində Bülent Ersoyun orkestri Şimali Kiprdə konsertə gedib. Onlar saxta PCR testinə görə Şimali Kiprdə qapalı qalıblar. Komanda bir ay oteldə, bir ay da Lefkoşa həbsxanasında saxlanılıb. Orkestrn nağaraçalanı A.İzgi "Bulent Ersoy bizə heç bir yardım göstərmədi", - deyə onu günahlandırıb. O, təzminat üçün məhkəməyə müraciət edib.

Lefkoşa Ağır Cəza Məhkəməsindən sənədlərin gətirilməsi və işə əlavə olunması üçün, hakim məhkəmə iclasını təxirə salıb.

Xəyalə Rza


SON XƏBƏRLƏR

23 Aprel 2024