• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Burnunu kiçiltmək istədi, əvəzində...- Əməliyyatın AĞIR NƏTİCƏLƏRİ

CƏMİYYƏT

26 Sentyabr 2022 | 17:05

Burnunu kiçiltmək istədi, əvəzində...- Əməliyyatın AĞIR NƏTİCƏLƏRİ

X.Əhmədova adlı şəxs gözəllik salonunda kosmetoloji prosedur etmək istəyib, lakin aldadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həmin şəxs Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ərizə ilə müraciət edib.

X.Əhmədova bildirib ki, Sumqayıt şəhəri Sülh küçəsi 30-cu məhəllədə yerləşən “Sənubər Studio”da pleksr aparatı ilə qırışlarını açdırmaq və burnun kiçiltmək istəyib və salon rəhbəri ondan bu prosedurlar qarşılığında 250 manat pul alıb. Onun sözlərinə görə, salon rəhbəri ödəniş etməyi ilə bağlı ona heç bir rəsmi qəbz verməyib, lakin bununla bağlı “Whatsapp”da yazışmalar qalır. Proseduru etdirən müştəri heç bir effektini görməyib, əskinə burnunda ləkələr və yanıqlar əmələ gəlib. Bununla bağlı salon rəhbəri ilə əlaqə yaratmaq istəməsinə baxmayaraq o, müştərini hədələyib və bloka atıb.

Səslənən ittihamlarla bağlı kosmetoloq Sənubər Yusifova isə Bakıvaxtı.az-a bildirib ki, o, X.Əhmədovaya ödənişi geri qaytarıb: “İki gün əvvəl ödənişi həmin xanıma geri qaytarmışam. Mən müştərilərimə əvvəlcədən hər şeyi izah edirəm. Həmin xanıma da bildirdim ki, bu prosedurun sağalma müddəti 3-6 aydır. Lakin 10 gün sonra həmin xanım gəlib hay-küy saldı ki, burnumda qızartılar var. Mən isə bir xanımlıq edib, onun pulunu geri qaytardım”.

 Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

28 Mart 2024