Qaydalara əsasən, 2 doza vaksindən 6 ay keçibsə, buster doza vurulmalıdır. Ancaq bir qisim insan vaksini vaxtında vurdurmur və nəticələrini də düşünmür.
Həkim-ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, hələ vaksinlər dünyanın hər yerində birinci mərhələni keçir: “Bəzi inkişaf etmiş ölkələrdə artıq həm uşaqlar, həm də böyüklər müxtəlif variantları keçiriblər. Amma əksər ölkələrdə hələ 1, 2, 3-cü dozalar vurulur".
Onun sözlərinə görə, 1-ci dozadan sonra orqanizmdə immun sistemi toplanır və 2-ci doza vurulur. 2-ci doza vaksindən sonra bədəndə immun sistemi bir az da yüksəlir və bu, həmin prosesin bir neçə ay bədəndə qalmasına şərait yaradır. Bunu da, orta hesabla 6 ay götürürlər. Amma dəqiq heç kəs bilmir. Çünki orqanizmdən orqanizmə fərq var. Elə orqanizm var ki, 6 müddətində doza kifayət qədər saxlanılır və digər doza vurulduqda yüksək immunizasiya prosesi gedir. Nəticədə, həmin immunizasiya bir neçə il bədəndə qala bilər.
Həkimin dediyinə görə, elə adamlar da var ki, immun sistemi kifayət qədər yüksək qalmır və 6-cı ay gəlib çatanda heç kəs bədənində immunizasiya prosesinin nə vəziyyətdə olduğunu bilmir: “Əgər tamamilə yox olub gedibsə, vurulan 3-cü vaksin 1-ci vaksin effekti verir. Ona görə, ümumi şəkildə nəzərə aldıqda hesab olunur ki, 6-cı ayda vurulmalıdır. Anvaq vaksin elə bir prosesdir ki, gərək həmişə vaxtında vurulsun. Çünki vaxtını gecikdirəndə bədəndəki səviyyəsi çox aşağı düşmüş olur və vurulan vaksin 1-ci vaksin kimi olur. Ona görə də, vaksinlərin vaxtını keçirmək olmaz”.
Aytac Aslan




jpg-1650542465.webp)











