Yanvarın 12-də Çinin Usi şəhərində Türkiyə və Çin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Van İnin görüşü olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində paylaşıb.
M.Çavuşoğlu çinli həmkarı ilə görüşdə ikitərəfli və regional məsələləri, o cümlədən iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdiklərini yazıb.
O, görüşdə Türkiyənin bəzi məsələlərə dair mövqeyi və gözləntilərini, habelə həssasiyyətini qarşı tərəfin diqqətinə çatdırıb.
















