• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəbrayılda regional “DOST” yaradılacaq,  Kəlbəcərdə isə...

CƏMİYYƏT

03 Noyabr 2022 | 11:23

Cəbrayılda regional “DOST” yaradılacaq, Kəlbəcərdə isə...

“Ağalı kəndində ilk Smart-DOST məntəqəsi qurulub, 75 nəfər məşğulluqla təmin edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, Şuşada ilin sonunda “DOST” mərkəzinin fəaliyyətə başlayacağını gözləyirlər:

“Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026