Cəlilabad rayonunda doqquz yaşlı uşağı avtomobil vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, N.Ağayev idarə etdiyi “Honda” markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z.Abbasovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır./report
















