• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ağdaşdakı qəza ilə bağlı cinayət işi başlandı

HADİSƏ

17 Mart 2024 | 13:28 | Müəllif: Subhan Mahmudov

Ağdaşdakı qəza ilə bağlı cinayət işi başlandı

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 " Ford" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki "Ford"un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026