• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

“Çelsi”nin sükanı Poçettinoya tapşırılacaq

İDMAN

14 May 2023 | 00:51 | Müəllif: Subhan Mahmudov

“Çelsi”nin sükanı Poçettinoya tapşırılacaq

Maurisio Poçettino “Çelsi”nin yeni baş məşqçisi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə insayder Fabrisio Romano çıxış edib.

Onun sözlərinə görə, London klubu argentinalını baş məşqçi təyin etmək qərarına gəlib.

Məlumata əsasən, tərəflər artıq razılaşıblar. Belə ki, mütəxəssis yaxın vaxtlarda imzalanacaq uzunmüddətli müqavilənin şərtlərini qəbul edib.

Bildirilir ki, mövsümün sonuna kimi “Çelsi”də baş məşqçi vəzifəsini Frenk Lempard tutacaq. Poçettino iyunda işə başlayacaq və o, məşqçilər korpusuna öz adamlarını gətirərək dərhal klubla transfer strategiyasını müzakirə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026