• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Neymar "Əl Hilal"a keçə bilər

İDMAN

12 Iyun 2023 | 15:27

Neymar "Əl Hilal"a keçə bilər

PSJ-nin hücumçusu Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, “Əl Hilal” 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib.

Ərəblər Braziliya millisinin kapitanına illik 250 milyon avro maaş ödəməyə hazırdırlar. Hazırda zədəsini sağaltmaqla məşğul olan Neymarın təklifi nəzərdən keçirdiyi bildirilir. PSJ-nin satmaq istədiyi forvardı Avropanın bir çox komandası da heyətində görmək istəyir.

Qeyd edək ki, son mövsümdə 29 matçda iştirak edən oyunçu 18 qol və 17 assistlə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR