• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Qarabağ" ölkə hesabına yeni xallar yazdı

İDMAN

12 Iyul 2023 | 09:27

"Qarabağ" ölkə hesabına yeni xallar yazdı

Çempionlar Liqasında dünən keçirilən I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın ölkələr üçün reytinq cədvəlində dəyişiklik baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Cəbəllüttariqdə “Linkoln”a qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb.

2:1 hesablı qələbə ölkəmizin aktivinə 0,250 xal əlavə edilməsi ilə nəticələnib. Beləliklə, son beş mövsüm üçün Azərbaycanın ümumi xalı 14,500 olub.

Ölkəmiz, əvvəlki kimi, 29-cudur. Lakin 28-ci Slovakiya ilə fərq 0,125-ə enib. 30-cu Moldovanın isə 11,125 xalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026