• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Real Madrid”in əsas qapıçısı sıradan çıxdı

İDMAN

10 Avqust 2023 | 20:45 | Müəllif: Subhan Mahmudov

“Real Madrid”in əsas qapıçısı sıradan çıxdı

“Real Madrid”in qapıçısı Tibo Kurtua sol dizindəki yırtıq səbəbindən sıradan çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Tibbi müayinədən sonra futbolçumuz Tibo Kurtuaya sol dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulub. Yaxın günlərdə futbolçu əməliyyat olunacaq”, - mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu zədədən sağalma müddəti 6 aydan 8 aya qədərdir.

Kurtuanı komandanın ikinci qapıçısı ukraynalı Andrey Lunin əvəz edəcək.

Xatırladaq ki, Kurtuanın 31 yaşı var və o, 2018-ci ildən “Real Madrid”də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026