• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Cənubi Afrika İsraili aparteiddə ittiham etdi 

SİYASƏT

20 Fevral 2024 | 16:59

Cənubi Afrika İsraili aparteiddə ittiham etdi

Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmədə Cənubi Afrikanın Hollandiyadakı səfiri Vusimuzi Madonsela İsraili fələstinlilərə qarşı aparteid siyasətində ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat  yayıb.

Diplomat əlavə edib ki, İsrailin Fələstin ərazilərindəki siyasəti müstəmləkəçilikdən fərqlənmir və onların işğalı qanunsuzdur.

İsrail rəhbərliyi ittihamları rədd edib.

Qeyd edək ki, aparteid irqi ayrı-seçkiliyin ən kəskin forması olub bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR