• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşdü

SİYASƏT

27 Iyun 2024 | 20:06 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.

Həmçinin, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026