• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ceyhun Bayramov Lui Bono ilə görüşdü

SİYASƏT

18 Mart 2024 | 14:48

Ceyhun Bayramov Lui Bono ilə görüşdü

Martın 18-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

    Nazir Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub.

    Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Sentyabr 2026