• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ceyhun Bayramov üç ölkənin XİN başçısı ilə görüşüb

SİYASƏT

25 Iyun 2021 | 13:25

Ceyhun Bayramov üç ölkənin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Görüşdə regional təhlükəsizlik məsələləri, regional əməkdaşlığın perspektivləri və Avropa İttifaqı ilə əlaqələr barədə danışdıq”, - o vurğulayıb.

Xatrırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəliblər. Nazirlər Yerevan və Tbilisiyə də səfər edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026