Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüşü olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN “X” platformasında məlumat yayılıb.
Qeyd edilib ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər.
Nazir Bayramov həmçinin həmkarını regionda münaqişə sonrası vəziyyət barədə məlumatlandırıb.
***
11:58
Xarici işlər naziri Ceyhun Bayramovun Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ilə görüşü keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” sosial media hesabında məlumat verilib.
Qeyd olunub ki, nazirlər arasında hazırda təkbətək görüş keçirilir.