• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çili prezidenti Venesueladakı səfirini geri çağırdı

DÜNYA

11 Aprel 2024 | 21:37 | Müəllif: Subhan Mahmudov

Çili prezidenti Venesueladakı səfirini geri çağırdı

Çili Prezidenti Qabriel Boriç Venesuela səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çili prezidenti X sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Venesuela xarici işlər nazirinin “Tren de Araqua” qrupunun mövcudluğuna məhəl qoymayan məsuliyyətsiz bəyanatları bu ölkənin təhlükəsizlik məsələlərində lazımi beynəlxalq əməkdaşlığa sadiq olmadığını nümayiş etdirir:

“Ölkədəki mövcud vəziyyət haqqında ətraflı məlumat toplamaq və ona bütün lazımi tədbirlərin görülməsini tapşırmaq üçün Venesueladakı səfir Xayme Qasmurini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldim”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026