• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çin ABŞ-nin Tayvana silah satışına cavab verəcək

DÜNYA

23 Fevral 2024 | 15:32

Çin ABŞ-nin Tayvana silah satışına cavab verəcək

Çin Amerika silahlarının Tayvana tədarükü ilə bağlı tədbir görəcək.

Bakıvaxtı.az xəbər verir ki, bubarədə Çin Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.

“Biz Amerika silahlarının Tayvana satılmasına qəti şəkildə qarşıyıq, bu qəti mövqeyimizdir. Pekin ABŞ-nin “milli suverenlik və ərazi bütövlüyünü” qorumaq üçün hərəkətlərinə cavab olaraq güclü və qətiyyətli addımlar atacaq”.

Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, ABŞ ada ilə hərbi əlaqələri dayandırmalıdır:

“Biz israr edirik ki, ABŞ tərəfi “vahid Çin” prinsipinə və bizim üç birgə kommünikemizə əməl etsin”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026