• Bakı 18° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Çin Aya daha üç missiya planlaşdırır

DÜNYA

11 Sentyabr 2022 | 06:22 | Müəllif: Subhan Mahmudov

Çin Aya daha üç missiya planlaşdırır

Çin peyk resurslarının inkişafı proqramı çərçivəsində yaxın 10 il ərzində Aya üç pilotsuz uçuş həyata keçirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ÇXR Ay Tədqiqatları və Kosmik Proqramlar Mərkəzindən bildirilib.

Qərar Çinin "Change-5" missiyası zamanı Ay qruntunda əvvəllər məlum olmayan mineral aşkar etməsi ilə bağlı məlumatın yayımasından bir gün sonra açıqlanıb.

Pekin "Changesite-(Y)" adlanan bu daşdan enerji mənbəyi kimi istifadəyə ümid edir.

"Bu, insanlar tərəfindən Ayda kəşf edilən altıncı yeni mineraldır. Ölkəmiz dünyada yeni mineral kəşf edən üçüncü ölkə oldu", - deyə Çinin Milli Kosmik İdarəsindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026