• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Piterdə terakt törətməyə çalışan erməni yaxalandı

DÜNYA

11 Oktyabr 2022 | 00:22 | Müəllif: Subhan Mahmudov

Piterdə terakt törətməyə çalışan erməni yaxalandı

Sankt-Peterburqda terakt həyata keçirməyə çalışan erməni əsilli Maksim Asriyan həbs edilib.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, istintaq materiallarına görə, Asriyan hakimiyyətin siyasətinə, xüsusilə qismən səfərbərliyə etiraz olaraq terror aktı həyata keçirmək və hərbi komissarlığı yandırmaq qərarı verib. Onun hədəfi əhalini qorxutmaq və dövlətə külli miqdarda ziyan vurmaq olub.

Bu niyyətlə onlayn mağazadan iki butulka yanacaq alan Asriyan Frunze rayonundakı hərbi komissarlığa yollanıb. Ancaq o, teraktı həyata keçirə bilməyib. Binanı qoruyan Rusiya Qvardiyasının əsgərləri cinayəti törətməyə çalışarkən onu yaxalayıblar.

Asriyan cinayətini etiraf edib və ona biri "terror aktı" olmaqla, CM-in 3 maddəsi ilə ittiham elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026