• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zelenski və Tras Ukraynaya hərbi yardımı müzakirə ediblər

DÜNYA

10 Oktyabr 2022 | 23:46 | Müəllif: Subhan Mahmudov

Zelenski və Tras Ukraynaya hərbi yardımı müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Liz Tras ilə telefon danışığı zamanı Kiyevə hərbi yardımı müzakirə etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.

"Baş nazir Liz Trasla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik", - Zelenski yazıb.

O əlavə edib ki, rəsmi Kiyev Rusiyanın daha da təcrid olunması məsələsində Britaniyaya bel bağlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR