• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin Əfqanıstana 3 milyon doza peyvənd göndərəcək

DÜNYA

13 Sentyabr 2021 | 21:39 | Müəllif: Subhan Mahmudov

Çin Əfqanıstana 3 milyon doza peyvənd göndərəcək

Çin hökuməti Əfqanıstana 200 milyon yuan (təxminən 31 milyon dollar) ərzaq və dərman yardımı, həmçinin 3 milyon doza COVID-19 peyvəndi göndərəcək.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım üzrə nazirlər toplantısında Çin Xalq Respublikasının Cenevrədəki BMT ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Çen Süy bildirib.

Daimi nümayəndə qeyd edib: "Çin tərəfi Əfqanıstanı ən qısa zamanda 200 milyon yuan dəyərində ərzaq, tibbi ləvazimatlar, peyvəndlər və ən zəruri ehtiyaclarla təmin etmək qərarına gəlib. Əfqanıstan tərəfinə ilk 3 milyon COVID-19 peyvəndini də göndərəcəyik. Və tezliklə Əfqanıstana əlavə yardım çatdıracağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026