• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Çin taxıl sazişini dəstəklədi

DÜNYA

27 Aprel 2023 | 01:33 | Müəllif: Subhan Mahmudov

Çin taxıl sazişini dəstəklədi

Çin lideri Si Szinpin Qara dəniz taxıl sazişini və “Ukraynadan taxıl” proqramını dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Çinin naviqasiya və ticarət azadlığına bizimlə eyni baxışa sahib olması çox vacibdir. Mən cənab Si Szinpinə dəniz vasitəsilə ərzaq ixracını bərpa etmək səylərimiz haqqında məlumat verdim. Qara Dəniz Taxıl Təşəbbüsümüzə, eləcə də onun genişləndirilməsinə, humanitar səylərimizə, xüsusən də “Ukraynadan taxıl” proqramına dəstək sözləri eşitdim”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, ötən gün Zelenski ilə Szinpin arasında telefon danışığı baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026