• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ

DÜNYA

26 May 2023 | 22:22 | Müəllif: Subhan Mahmudov

Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ

Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova başından güllələnib.

Bakıvaxtı.az bildirir ki, 38 yaşlı modellə yanaşı, kriminal avtoritet həyat yoldaşı Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və Qerqananın qulluqçusu da qətlə yetirilib.

Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi./axsam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR