• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Çin yenə ilkə imza atdı: “Səma qatarı” yaradıldı

DÜNYA

17 Avqust 2022 | 01:23 | Müəllif: Qalib İbrahimoğlu

Çin yenə ilkə imza atdı: “Səma qatarı” yaradıldı

Cənubi Çində Sky Train elektromaqnit əvəzinə daimi maqnitlərdən istifadə etməklə qurulan dünyada ilk nəqliyyat sistemini işə salıb.

Bakıvaxtı.az xəbər verir ki, "Maglev avtomobilləri" faktiki olaraq səssizdir, minimum texniki xidmət tələb edir və sürətlənən zaman daha az enerji sərf edir. Bununla belə, adi elektrik avtomobillərini enerji ilə təmin etməkdənsə, levitasiya üçün daha çox enerji sərf olunur. Ancaq bu, yalnız dizaynda elektromaqnitlərdən istifadə edildiyi təqdirdədir.

Daimi maqnitlər, elektromaqnitlərdən fərqli olaraq, enerji mənbəyinə ehtiyac duymadığı üçün enerji istehlakını azaltmağa qadirdir. Sky Train daimi maqnit asma yarada bildi və Jiangxi əyalətində 800 metrlik yolu istifadəyə verdi. Bu qatar 88 sərnişin daşımaq qabiliyyətinə malikdir. O, maqnitlərdə relslərdən asılır, lakin onlarla təması yoxdur, bu da səssizcə və sürtünmədən hərəkət etməyə imkan verir (aviatravel.az). Cihaz 80 km/saat sürəti yığır. Testlərdən sonra trek 7,5 km-ə qədər genişləndiriləcək və maksimal sürət 120 km/saat təşkil edəcək. South China Morning Post-un məlumatına görə, Sky Train 10 dəfə ucuz olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026